"LUKOİL-Azərbaycan” QSC şirkətin obyektləri üçün A-80 və A-57 markalı kassa lentlərinin təchizatçısını seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tender təklifləri 5 mart tarixədək qəbul olunur. Tender proseduru 9 mart, saat 11:00-da baş tutacaq.
Əlaqə telefonu: (012) 497-41-38, əlaqələndirici şəxs: Lalə Mikayılova.
Tenderin iştrakçıları, işlərin yerinə yetirilməsi üçün texniki imkanlara və müqavilə şərtlərini yerinə yetirmək üçün lazımi sənədlərə malik olmalıdırlar.
Tenderin qalibi ilə tender bitdikdən sonra 20 təqvim günü ərzində müqavilə bağlanacaq.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.**
N.Abbasova