Rusiyalı iş adamları Azərbaycanda şitil satınalınmasında maraqlıdırlar. Bu barədə Rosselxoznadzor məlumat verir.
Bununla əlaqədar, fevralın 4-də Rosselxoznadzor ilə AQTA nümayəndələri arasında videokonfrans formatında danışıqlar zamanı şitil satınalınması müzakirə mövzularından biri olub. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
“Rusiyanın işgüzar dairələrinin Azərbaycanda şitil satınalınmasında maraqlı olduqlarını nəzərə alaraq, Rosselxoznadzor onların istehsal yerlərinin videotəftişinin keçirilməsi imkanını nəzərdən keçirməyi təklif edib”, - Rosselxoznadzor-dan qeyd olunur.
Rusiya tərəfi məlumat verib ki, bu tədbirlər çərçivəsində onlayn rejimində Rusiyaya göndərilmək üçün hazırlanmış əkin materiallarına baxış keçiriləcək və Ümumrusiya bitkilərin karantin Mərkəzində laborator ekspertizası üçün nümunələr seçiləcək.
Rusiya və Avrasiya İqtisadi Birlik üçün karantin obyektlərin olmaması təsdiq olunduqdan sonra rezervasiya olunan partiyaların Rusiyaya gətirilməsinə icazə veriləcək. **
B.Rüstəmbəyov