Əmlak Məsələləri Dövlət Xidməti 2020-ci ildə 237,45 min daşınmaz əmlakın qeydiyyatını aparıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilib.
Bunun 26,6%-i (63,247 min obyekt) ilkin, 73,4%-i (174,203 min) isə təkrar qeydiyyatın payına düşür.
Məlumat verilir ki, mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35,775 mini fərdi yaşayış və bağ evi, 74,533 mini - mənzil, 118,534 mini - torpaq sahəsi, 2,543 mini - qeyri-yaşayış binası, 5,368 mini - qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binasıdır.
2020-ci ildə ilkin qeydiyyatın 36,682-si Bakı şəhərinin, 26.565-i isə regionların payına düşür.
2020-ci il ərzində 34,061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb, bu da 2019-cu illə müqayisədə 7,8% çoxdur.
Bundan başqa, ötən il 199,637 min daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib.Həmçinin, 2020-ci il ərzində 32,693 min ipoteka müqaviləsi qeydiyyata alınıb. **
B.Rüstəmbəyov