2020-ci ildə Azərbaycan Rusiyaya elektrik enerjisi ixracını 45,8% - 118,5 milyon kVt/saata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyindən məlumat verilib.
Bundan başqa, 2020-ci ildə Azərbacandan elektrik enerjisinin Türkiyəyə - 101,8 milyon kVt/saat (artım 3,6%), Gürcüstana – 726,3 milyon kVt/saat (azalma 36,3%), İrana – 204,1 milyon kVt/saat (artım 6 dəfə) ixracı həyata keçirilib.
2020-ci ildə Rusiyadan Azərbaycana elektrik enerjisi idxalı 88,8 milyon kVt/saat (azalma 2,2%) təşkil edib.
Bundan başqa, hesabat dövründə Azərbacana Gürcüstandan – 17,9 milyon kVt/saat (artım 47,9%), İrandan – 29,7 milyon kVt/saat (azalma 12,6%) elektik enerjisi idxal olunub.
“Hazırda Azərbayan, İran və Türkiyə arasında elektrik enerjisi ticarətinin təşkili, həmçinin, İrana elektrik enerjisi ixracı və Azərbaycanda İranla sərhəddə İran qazından istifadə etməklə elektrik stansiyasının tikintisi, o cümlədən, əldə olunan elektrik enerjisinin İrana və üçüncü ölkələrə ötürülməsi məsələləri müzakirə olunub”, - nazirlikdən məlumat verilib. **
N.Abbasova