Maliyyə Nazirliyi 2021-ci ildə kontrsiklik büdcə siyasətini həyata keçirəcək. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
Maliyyə Nazirliyində geniş kollegiya iclasında çıxışı zamanı Şərifov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə artıq icrasına başlanılmış bərpa-yenidənqurma və quruculuq işlərinin aparılması, iqtisadiyyatın artım tempinin bərpa edilməsi, iqtisadi fəallığa təkan verilməsi, koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, o cümlədən peyvəndləmə prosesinin başa çatdırılması, post-pandemiya dövründə də ölkə iqtisadiyyatının canlandırılması 2021-ci ilin əsas vəzifələridir.
“Bununla əlaqədar 2021-ci ildə kontrsiklik büdcə siyasətinin həyata keçirilməsi qərara alınıb, dövlət büdcəsinin xərcləri əhəmiyyətli dərəcədə artırılıb ki, bu tədbirlər hesabına da ölkədə həm iqtisadi fəallığın təşviqi, həm də Qarabağın yenidən qurulması və ölkə iqtisadiyyatına re-inteqrasiyasının təmin edilməsi maliyyələşdiriləcək”, - nazirLik Şərifovun sözlərindən sitat gətirir. **
R.Əhmədov