Fevralın 6-na Azərbaycanda koronavirusa qarşı vaksinasiya olunanların sayı 65 min nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindənməlumat verilib.
Həmçinin, bildirilib ki, fevralın 5-də ölkəyə koronavirus əleyhinə daha 648 min doza peyvənd gətirilib. Ümumilikdə Azərbaycana 848 min doza vaksin gətirilib.
2021-ci il yanvarın 18-də Azərbaycanda COVİD-19 əleyhinə vaksinasiyaya start verilib. Bütövlükdə Azərbaycan koronavirusa qarşı 4 milyon doza vaksinin gətirilməsinə dair müqavilə imzalayıb. **
B.Rüstəmbəyov