Azərbaycanda koronavirus infeksiyasına 132 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 231,154 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 115 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 158 nəfərə çatıb.
Virusa yoluxmuş 225,246 min nəfər (sutka ərzində +285) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 750 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,783 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 453,083 min test aparılıb.**
B.Rüstəmbəyov