2020-ci ildə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayında artım müşahidə olunub. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.
“2020-ci il ərzində Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 24% artaraq 616 mini ötüb. ƏDV ödəyicilərinin sayında isə 17% artım olub”, - deyə nazir bildirib.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 496,13 min təşkil edib ki, bu da 2019-cu ilin əvvəlinə olan göstəricidən 12,3% çoxdur. Eyni zamanda, 2019-cu ildə aktiv ƏDV ödəyicilərinin sayı 37,5% - 24,822 minədək artıb.*
B.Rüstəmbəyov