Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) 80-ə yaxın hərbi qulluqçusu Türkiyənin aparıcı dron istehsalçısı “Bayraktar” şirkətinin təşəbbüsü ilə təşkil olunmuş təlim proqramını başa vurub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Dörd aylıq proqram çərçivəsində Azərbaycan HHQ-nin 77 hərbçi qulluqçusu “Bayraktar TB2 silahsız PUA operatoru” təlimi keçib. Təlim Türkiyənin şimal-qərbində yerləşən Keşanda “Baykar Defense” şirkətinin idarəçilyində olan obyektlərdə keçirilib", - deyə "İnterfaks-Azərbaycan" agentliyi xəbər verir.*
B.Rüstəmbəyov