Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) əməkdaşların tibbi və fərdi qəza sığortası üzrə sığorta şirkəti seçir. Bu barədə ANAMA-nın elanında deyilir.
Seçim təkliflər sorğusu metodu ilə keçirilir.
Təkliflər 11 fevral 2021-ci il tarixinədək qəbul olunur.
Prezident İlham Əliyev 2021-ci il yanvarın 15-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb. Agentliyin nizamnamə fondu 100 min manat məbləğində təsdiq edilib.*
Ə.Məmmədov