Azərbaycanda koronavirus infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 231,198 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 132 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3161 nəfərə çatıb.
Virusa yoluxmuş 225,348 min nəfər (sutka ərzində +102) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 689 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3,567 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 456,65 min test aparılıb.*
N.Abbasova