2021-ci ilin yanvar ayında Azərbaycanda orta illik inflyasiya 2020-ci ilin dekabr ayında 0,8%-ə qarşı 1,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin yanvar ayında Azərbaycanda inflyasiya 1,2% təşkil edib. Həmçinin yanvarda ərzaq məhsulları, tütün və içkilərə artım 1,4%, qeyri-ərzaq malları 2,5% bahalaşıb, xidmətlər üzrə qiymətlər dəyişməyib”, - DSK-dan qeyd ediblər.
2021-ci ilin yanvar ayında Azərbaycanda orta illik inflyasiya 3,3% təşkil edib (2020-ci il dekabrın sonuna – 2,8%). Həmçinin, yanvarın sonuna ərzaq məhsulları üzrə orta illik inflyasiya 4,6%, qeyri-ərzaq malları üzrə - 3,5%, xidmətlər üzrə - 1,3% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 3% səviyyəsində proqnozlaşdırıb.**
N.Abbasova