Rusiyanın “Rostselmaş” şirkəti Azərbaycandan olan tərəfdaşları ilə ölkəmizdə ildə 100 ədəddən çox kombayn istehsalı üzrə ortaq istehsalat qurmaq imkanlarını müzakirə edir. Bu barədə Rusiyanın Rostov vilayətinin qubernator müaviniİqor Sorokinməlumat verib.
Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanda kombayn istehsalı sınaqdan keçirilməsi planlaşdırılır. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Hələ 2019-cu ildə “Rostselmaş”ın baş direktoruValeri MaltsevAzərbaycanda yığım müəssisəsi açmaq planları barədə məlumat verib. O zaman layihənin 2020-ci ildə başlanacağı, ilk mərhələdə 40-50 kombayn istehsal ediləcəyi planlaşdırılırdı.
2019-cu ilin noyabr ayında Rusiya-Azərbaycan forumunda “Rostselmaş” və “Azərmaş” Azərbaycanda kombayn yığımı üzrə müəssisənin yaradılmasını nəzərdə tutan niyyət sazişi imzalayıb. Sənəd “Nova” model kombaynların yığımını nəzərdə tutur. **
A.Hüseynova