Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci və 2021-ci illər üçün təsərrüfat fəaliyyətinin auditi, birləşdirilmiş maliyyə və vergi hesabatlarının auditinin keçirilməsi üçün auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a DİM-dən məlumat verilib.
Seçim kotirovka sorğusu metodu ilə keçirilir.
Əlaqə telefonu: (012) 502 47 53.
Təkliflər 18 fevral 2021-ci il tarixinədək qəbul olunur. **
Ə.Məmmədov