Azərbaycanda koronavirus infeksiyasına 164 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 231,362 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 44 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3163 nəfərə çatıb.
Virusa yoluxmuş 225,678 min nəfər (sutka ərzində +303) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 521 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,960 min, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 463,61 min test aparılıb.**
R.Əhmədov