Bakı Fond Birjası (BFB) nizamnamə kapitalını 4 dəfə - 5,04 milyon manata qədər artırıb. Bu barədə BFB-nin məlumatında deyilir.
“Bakı Fond Birjasının səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı əsasında BFB-nin səhmlərinin nominal dəyəri 200 manatdan 800 manata qaldırılıb”, - deyə məlumatda bildirilir.
Nəticədə BFB-nin nizamnamə kapitalının dəyəri 1,26 milyon manatdan 5,04 milyon manata yüksəlib.
Hazırda BFB-nin 20 səhmdarı mövcuddur.*
Ə.Məmmədov