Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qars şəhərində keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərin yekun mərhələsini izləmək məqsədilə Türkiyəyə yola düşüb.
“Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb. General-polkovnik Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək”, - Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan”a məlumat verilib. .
Fevralın 1-də Qars şəhərində “Qış təlimi-2021” start verilib və fevralın 12-də başa çatacaq.
Birgə təlimlərə tank bölükləri, artilleriya batareyaları, snayper komandaları, xüsusi təyinatlılar komandanlığının şəxsi heyəti, xüsusi təyinatlılar və helikopterlər cəlb olunub. **
R.Əhmədov