Azərbaycan və İran gömrük xidmətləri arasında Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə göndərilən diri heyvanların və quşların İran ərazisindən tranzit keçidinin təmin edilməsi məsələsinin icrasına başlanılması ilə bağlı razılıq əldə edilib. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
Məlumata əsasən, İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında işçi görüşü zamanı müvafiq razılıq əldə olunub.
«Görüşdə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə və əks istiqamətdə göndərilən diri heyvanların və quşların İran İslam Respublikasının ərazisindən tranzit keçidinin təmin edilməsi məsələsinin icrasına başlanılması ilə bağlı razılıq əldə edilib. Artıqfevralın 10-dan etibarən sadalanan məhsullarıntranzit keçidi təmin edilir. Görüş zamanı həmçinin Azərbaycanla İran arasında malların və nəqliyyat vasitələrinin tranzitinin sürətləndirilməsi və təhlükəsizliyi məsələləri müzakirə edilib”, - məlumatda qeyd olunur. **
Ə.Məmmədov