Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikasının Estoniya və İordaniyadakı səfirlərinin geri çağırılması haqqında sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, Rasim Rzayev isə Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Sərəncamların mətnləri dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov