Azərbaycanda koronavirus infeksiyasına 191 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 231,84 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 140 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 173 nəfərə çatıb.
Virusa yoluxmuş 226,345 min nəfər (sutka ərzində +226) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 322 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7,26 min (ötən gün 7,315 min), ötən müddət ərzində isə ümumilikdə 2 milyon 485,483 min test aparılıb.*
Ə.Məmmədov