Baş prokuror Kamran Əliyev fevralın 14-də Türkiyəyə səfər edəcək. "İnterfaks-Azərbaycan" agentliyinin məlumatına görə, bu barədə Türkiyənin “Anadolu” agentliyi xəbər verir.
Səfər Türkiyə Ali Məhkəməsinin baş prokuroru Bəkir Şahinin dəvəti ilə baş tutacaq və fevralın 17-dək davam edəcək.
Səfər çərçivəsində K.Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ali Məhkəmənin sədri Mehmet Akarca, ədliyyə naziri Əbdülhəmit Gül tərəfindən qəbul ediləcək. O, həmçinin Ankara Bölgə Ədliyyə Məhkəməsi Baş Prokurorluğunu və Ədalət Akademiyasını ziyarət edəcək.
Görüşlərdə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunacaq. Tərəflər, həmçinin Azərbaycan və Türkiyə Baş prokurorluqları arasında 16 mart 2015-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.*
N.Abbasova