“Ukrayna Beynəlxalq Hava Yolları” (UBHY) aviaşirkəti aprelin 2-dən Kiyev-Bakı-Kiyev marşrutu üzrə uçuşları bərpa etməyi planlaşdırır.
“UBHY aprelin 2-dən etibarən Kiyevdən Bakıya birbaşa reysləri bərpa edəcək”, - deyə aviaşirkətin məlumatında bildirilir.
Uçuşlar “Boeing 737” tipli təyyarələrlə yerinə yetiriləcək və 3 saat 15 dəqiqə davam edəcək.
Aprelin 2-dən Kiyev-Bakı-Kiyev marşrutu üzrə reyslər həftədə 4 dəfə (bazar ertəsi, çərşənbə, cümə və bazar günləri) həyata keçiriləcək. Aprelin 26-dan başlayaraq uçuşlar həftənin bütün günləri yerinə yetiriləcək.*
N.Abbasova