Azərbaycanda koronavirus infeksiyasına 128 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 232.123 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 155 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 180 nəfərə çatıb.
Virusa yoluxmuş 226,654 min nəfər (sutka ərzində +140) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 289 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,647 min (ötən gün 9,715 min), ötən müddət ərzində isə ümumilikdə 2 milyon 501,845 min test aparılıb.*
N.Abbasova