2020-ci ildə "Rabitəbank” aktivlərini 12,3% - 830,916 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2020-ci il dekabrın 31-nə bankın kredit portfeli 423,332 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 12,3% - İF) təşkil edib. 2020-ci ilin sonuna istehlak kreditlərinin həcmi 109,801 milyon manat (artım 8,1%), biznes kreditlərinin həcmi 243,016 milyon manat (artım 17,5%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna “Rabitəbank”ın öhdəlikləri 732,201 milyon manata (artım 14,6%) bərabərdir.
2020-ci ilin sonuna bankda depozitlər 546,172 milyon manat (artım 9%), o cümlədən fiziki şəxslərin depozitləri 232,54 milyon manat (azalma 0,5%) təşkil edib.
2021-ci ilin əvvəlinə bankın kapitalı 98,715 milyon manata (azalma 2,6%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
2020-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 2,18 milyon manat (2019-cu illə müqayisədə azalma 5,1 dəfə - İF) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.**
Ə.Məmmədov