2021-ci ildə Azərbaycanın Qarabağ bölgəsində azad olunmuş ərazilərdə 20-25 min hektar sahədə kənd təsərüfatı bitkiləri əkiləcək. Bu barədə prezidnt İlham Əliyev bəyan edib.
“(...) mən göstəriş verdim ki, qısa zamanda azad olunmuş ərazilərdə əkin işləri həyata keçirilsin. Zəruri texnika, işçi qüvvəsini səfərbər etmişik. İndiyədək 7 min hektar sahədə artıq əkin işləri aparılıb”, - Əliyev bazar günü Azərbaycanın azad olunmuş rayonlarında olarkən bildirib.
Prezidentin bəyanatının videosu bazar ertəsi sosial şəbəkələrdə dərc olunub.
Prezident qeyd edib ki, Qarabağda ASK sektorunun sürətli inkiaşfı çərçivəsində cari il ərzində azad olunmuş əraziərdə 20-25 min hektar sahədə əkin işlərinin həyata keçirilməsi planlaşdırılır.
“Azad olunmuş ərazilərdə kənd təsərrüfatının potensialı böyükdür. İşğal zamanı torpaqların əkin sahəsi 90 min hektardan az olub və işğalçılar torpaqdan qanunsuz istifadə edərək gəlir əldə ediblər. Biz buna son qoyduq”, - dövlət başçısı vurğulayıb.
Əliyev qeyd edib ki, azad olunmuş ərazilərdə ASK-nın bitkiçilik, heyvandarlıq və meyvə yetirşdirilməsi kimi sahələr intensiv inkişaf etdiriləcək. **
X.Nəsirzadə