Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2021-ci ilin mart ayından ölkədə VAR sisteminin mərhələli şəkildə tətbiqinə başlayacaq. Bu barədə AFFA-dan məlumat verilir.
“Azərbaycan VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı bu gün FIFA ilə videokonfrans formatında ilk görüş keçirilib. VAR sisteminin tətbiqi bu ilin mart ayından etibarın aşağıda göstərilmiş qaydada, mərhələli şəkildə təmin olunacaq”, - məlumatda qeyd olunur.
Eyni zamanda, AFFA qeyd edir ki, pandemiya ilə əlaqədar göstərilmiş müddətlərdə müəyyən gecikmələr ola bilər.
VAR – futbolda texnologiyadır, oyunun baş hakimi meydançanın kənarında epizodun təkrarına baxaraq qərar verir. Beynəlxalq turnirlərdə sınaq seriyasından sonra 2018-ci ildə futbol oyununun qaydalarına daxil edilib. **
Ə.Məmmədov