Fevralın 17-də Ermənistan XİN başçısı Ara Ayvazyan Rusiyaya işgüzar səfər edəcək, rusiyalı həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Bu barədə bazar ertəsi RF XİN-dən məlumat verilib.
“Xarici işlər nazirləri ikitərəfli, regional və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə edəcəklər. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının icrasına xüsusi diqqət ayrılacaq. Əsasən humanitar yardımın göstərilməsi, infrastrukturun və regionda nəqliyyat kommunikasiyalarının bərpasına diqqət ayrılacaq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin xətti üzrə iş planları tutuşdurulacaq”, - RF XİN-in saytındakı məlumatda qeyd olunur. **