2020-ci il hesabat ilindən başlayaraq Transmilli şirkətlər qrupunun (TŞQ) üzvü olan rezident vergi ödəyiciləri Ölkələrarası hesabatı (CbCR) Azərbaycanın vergi orqanlarına
təqdim etməlidir.
CbCR əsas müəssisə və müvəkkil müəssisə tərəfindən hesabat verilən maliyyə ili başa çatdıqdan sonra 12 aydan gec olmayaraq təqdim edilməlidir, yəni 2020 mailiyyə dövrü üzrə CbCR-ın ən son təqdim olunma tarixi 31 dekabr 2021-ci ildir.
TŞQ-da iştirak haqqında bildiriş TŞQ-nun iştirakşısı olan rezident vergi ödəyicisi tərəfindən hesabat verilən maliyyə dövrünün başa çatmasından sonra 30 iyun tarixindən gec olmayaraq təqdim edilməlidir.
CbCR üzrə məlumatın təqdim olunmaması və ya düzgün olmayan məlumatın təqdim olunması halında 500 manat məbləğində cərimə tətbiq olunacaq. Bu barədə orbitax saytı məlumat verir. **
Ə.Məmmədov