Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Örl Litzenberqer ilə görüş keçirib, görüş zamanı Qarabağda vəziyyət və Bakı ilə Vaşinqton arasında münasibətlər müzakirə olunub. Bu barədə XİN-in mətbuat xidməti məlumat verir.
“Görüşdə tərəflər bölgədəki cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsi müzakirə olunub”, - XİN məlumat verir.
Məlumata əsasən, diplomatlar qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
X.Nəsirzadə