İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu Sistemi”ndə ilkin maliyyələşdirilmiş ipoteka kreditləri ilə əlaqədar yeni hesablaşma mexanizminin tətbiqi üzrə xidmətlər seçir. Bu barədə fondun elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir. Təkliflər aprelin 1-dək qəbul olunur. Tender proseduru aprelin 2-də baş tutacaq.
Tenderdə iştirak haqqı 150 manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 637 milyon manatdır.*
Ə.Məmmədov