Azərbaycan hökuməti siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutub, artıq 10 siyasi partiyaya ilk vəsait ödənilib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
“Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. İlin birinci rübü üzrə 10 siyasi partiyaya 857,5 min manat məbləğində vəsait ödənilib”, - deyə məlumatda bildirilir.
Maliyyə yardımının göstərildiyi partiyalar arasında hakim Yeni Azərbaycan Partiyası da var.
Vəsaitin ayrılması “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun aparılır.
Azərbaycanda 50-dən çox siyasi partiya qeydiyyata alınıb.*
X.Nəsirzadə