Azərbaycan 2020-ci ildə Rusiyadan kolbasa məmulatlarının idxalını 43% artırıb.
“Azərbaycan kolbasa məmulatlarının idxalını 43% - 3,6 min tona qədər artırıb. Dəyər ifadəsində idxalın həcmi 26% - $8,6 milyona qədər artıb”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi RF Kənd Təsərrüfatı Nazirliyinin “Aqroeksport” Federal Mərkəzinə istinadən xəbər verir.
Azərbaycan 2020-ci ilin yekunlarına görə Rusiyadan kolbasa məmulatlarının idxalçılarının ilk üçlüyünə daxil olub.
Pandemiyaya baxmayaraq, “Abi” şirkəti (“Vyazanka”, “Starodvorye”, “Yadrena kopot” və s. brendlər) 2020-ci ildə kolbasa məmulatlarının Azərbaycana ixracını artıra bilib.
Ötən ilin yekunları üzrə “Çerkizovo” qrupu (“Çerkizovo”, “İmperiya vkusa”, “Myasnaya quberniya”, “Pava-Pava” və s. brendlər) kolbasa məmulatlarının ixracını 25% - 5,2 min tona qədər artırıb. Azərbaycana ixracın həcmi 1,5 dəfədən çox artıb.*
X.Nəsirzadə