Azərbaycan Ordusunda COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə COVID-19-a qarşı vaksinasiyaya başlanılıb. Vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir.
İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib.*
X.Nəsirzadə