“Para” bank olmayan kredit təşkilatının (BOKT) səhmdarları aprelin 5-də keçiriləcək növbəti ümumi yığıncaqda Müşahidə Şurasının yeni tərkibini təsdiq edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BOKT-dan məlumat verilib.
“Səhmdarlar aprelin 5-də keçiriləcək növbəti ümumi yığıncaqda BOKT-un Müşahidə Şurasının yeni tərkibini təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
“Para” BOKT 2016-cı ilin dekabr ayında “Parabank”ın yenidən təşkili nəticəsində yaradılıb. Təşkilatın nizamnamə kapitalı 38,887 milyon manata bərabərdir.*
Ə.Məmmədov