Azərbaycanda koronavirus infeksiyasına 140 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 232,337 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 74 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3185 nəfərə çatıb.
Virusa yoluxmuş 226,951 min nəfər (sutka ərzində +191) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 201 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 631, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 513,636 min test aparılıb.*
B.Rüstəmbəyov