Azərbaycan və İspaniya 2022-ci ilin yanvar ayından ikitərəfli münasibətlərdə ikiqat vergitutmanı aradan qaldırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
"İki ölkə arasında saziş 2014-cü ilin aprel ayında imzalanıb və dövlətdaxili prosedurlar 2021-ci il yanvarın 13-də başa çatıb. Konvensiyanın tətbiqinə 1 yanvar 2022-ci il tarixindən başlanılacaq", - deyə məlumatda bildirilir.
Hazırda Azərbaycan 53 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiyanı tətbiq edir. Eyni zamanda, Yaponiya ilə də analoji sənədin imzalanmasına dair danışıqlar aparılır.*
Ə.Məmmədov