Azərbaycan Qarabağ müharibəsində həlak olmuş 106 erməni hərbçinin meyitini Ermənistana verib. Bu barədə Araik Arutyunyan Facebook səhifəsində yazıb.
“Humanitar məsələlər üzrə əməkdaşlıqla bağlı əldə olunmuş razılaşma çərçivəsində və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini bu gün bizə verib”, - deyə o bildirib.
Arutyunyanın sözlərinə görə, həlak olanların cəsədlərinin axtarışı üzrə işlər davam etdirilir.
“Bundan başqa, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər”, - deyə o qeyd edib.*