İnternet ticarətin inkişafı səviyyəsi üzrə Azərbaycan 152 ölkə arasında 65-cı yerdə qərarlaşıb.
Bu barədə çərşənbə günü Cenevrədə dərc olunanBMT-nin Ticarət və İnkişaf üzrə Konfransının(UNCTAD) illik hesabatında məlumat verilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
2019-cu ildə Azərbaycan UNCTAD-ın B2C Elektron Kommersiya İndeksində 63-cü yerdə idi. Beləliklə, il ərzində ölkə reytinqdə mövqelərini 2 pillə zəiflədib.
Azərbaycan 60 bal toplayaraq 152 ölkə arasında 65-ci yerdə qərarlaşıb. UNCTAD-ın ekspertləri Azərbaycanda poçtun etibarlığını (82 bal) və internet istifadəçilərin payını (81 bal) xarakterizə edən göstəriciləri yüksək qiymətləndiriblər.
Azərbaycan mobil ödənişlər üçün hesaba malik olan sakinlərin payı üzrə 29 bal, internet serverlərin təhlükəsizliyi üzrə - 49 bal toplayıb.
Reytinqdə 95,9 bal indeks əldə edən İsveçrə birinci yerdə qərarlaşıb, ötən ilin lideri olan Niderland ikinci yerdədir. Həmçinin, Danimarka, Sinqapur, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya, Norveç və Honkonq ilk onluğa daxildir.
ABŞ 12-ci, Çin – 55-ci yerdə qərarlaşıb. MDB ölkələri arasında ən yüksək indeks 35-ci pillədə olan Belarusdadır – 78,8 bal. Rusiya 41-ci, Gürcüstan – 47-ci, Ukrayna – 51-ci, Moldova – 53-cü, Qazaxıstan – 60-cı, Ermənistan – 84-cü, Qırğızıstan – 97-ci, Özbəkistan – 107-ci, Tacikistan – 121-ci, Türkiyə -57-ci, İran -44-cü yerdə qərarlaşıb.
Reytinqə Burundi (8,3 bal), Çad (7,1 bal) və Niger (5,6 bal) yekun vurur. **
Ə.Məmmədov