"Bakı Qida və Yağ Fabriki" MMC nizamnamə kapitalının 11 milyon manatdan 8 milyon 440,724 min manatadək azaldığını elan edib.Bu barədə cəmiyyətin elanında deyilir.
Beləliklə, şirkətin nizamnamə kapitalı 23,3% azalıb.
Eyni zamanda, şirkət nizamnamə kapitalının azalması səbəblərini qeyd etmir.
Nizamnamə kapitalının azalması ilə əlaqədar keditorlar öz tələblərini bir ay ərzində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92a ünvanına bildirə bilərlər.
"Bakı Qida və Yağ Fabriki" 1996-cı ildən fəaliyyət göstərir və "Azərsun Holdinq" şirkətlər qrupuna daxildir. **
Ə.Məmmədov