"Caspian Pharmed" QSC-nin səhmdarları şirkətin ləğv olunduğunu elan ediblər. Bu barədə şirkətin elanımda deyilir.
“Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92 A, 2023-cü məhəllə ünvanına bildirə bilərlər”, - məlumatda vurğulanır.
"Caspian Pharmed" QSC Azərbaycan-İran birgə müəssisədir, Pirallahı Sənaye Parkının rezidentidir. Layihədə İranın “TPİCO” şirkəti 49%, “Azərsun Holdinq” 26%, "Azərbaycan İnvestisiya Şirkəti" ASC 25% iştirak payına malikdir. .Şirkət Parkın ərazisində ağrıkəsiciləri, antihistamin dərmanlar və digər dərmanların istehsalını planlaşdırırdı. **
Ə.Məmmədov