İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Dövlət satınalmaları haqqında” qanun layihəsini yeni redaksiyada hazırlayıb. Bu barədə Xidmətin rəis müavini Məmməd Abbasbəyli bəyan edib.
“Yeni qanun elektron satınalmaların tətbiqi və tənzimlənməsi sahələrinin genişləndirilməsini nəzərdə tutur”, - Abbasbəyli bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda qanun layuihəsi razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına təqdim olunub.
“Razılaşdırıldıqdan sonra qanun təsdiq olunması üçün parlamentə təqdim ediləcək”, - Abbasbəyli bildirib. **
B.Rüstəmbəyov