Azərbaycanın baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə yola düşüb. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verib.
“Səfər Türkiyənin vitse-prezidenti Fuad Oktayın dəvəti ilə həyata keçirilir. Səfər zamanı fevralın 18-də Əsədov Oktay ilə görüş keçirəcək, daha sonra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən qəbul olunacaq”, - nəşr qeyd edir.
Bundanb başqa, evralın 19-da Əsədov və Oktay iqtisadi əməkdaşlıq üzrə Azərbaycan–Türkiyə Hökumətlərarası Komissiyanın 9-cü iclasında iştirak edəcəklər.
“İclsdan öncə iki ölkənin özəl sektorunun 150 nümayəndəsinin iştirakl ilə Türkiyə-Azərbaycan biznes forumu keçiriləcək. Oktay və Əsədovun təkbətək və nümayəndə heyətləri arasında danışıqlardan sonra Prezident sarayında iki ölkə arasında sazişlərin imzalanması baş tutacaq”, - məlumatda qeyd olunur.
Anadolu agentliyi Türkiyə prezidenti Administrasiyasındakı mənbələrinə istinadən məlumat verir ki, iki ölkə arasında dövlət və özəl sektorlarda kommersiya sazişlərinin məbləğinin $100 milyonu ötəcəyi gözlənilir. **
N.Abbasova