Çərşənbə günü Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı baş tutub. Bu barədə Rusiya XİN-dən məlumat verilir.
“Telefon söhbəti zamanı nazirlər 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunan üçtərəfli sazişə dair cari vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Məlumata görə, həmçinin diplomatlar ikitərəfli və beynəlxalq gündəliyin bir sıra məsələlərini müzakirə ediblər. **
X.Nəsirzadə