Çərşənbə günü Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın Bakıdakı səfiri Bahrom Aşrafxanov ilə görüşüb, görüş zamanı müdafiə sahəsində hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə Nazilriyindən məlumat verilir.
“Özbəkistanın Azərbaycan ilə birgə hərbi təlim və treninqlərin keçirilməsində maraqlı olduğunu qeyd edən Aşrafxanov Özbəkistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Azərbaycanın hərbi təhsil müəssisələrində təcrübə mübadiləsinin aparılmasının vacibliyini də vurğulayıb”, - məlumatda qeyd olunur.
Həsənov qeyd edib ki, bütün sahələrdə olduğu kimi müdafiə sahəsində də əlaqələrimiz ölkələrimizin maraqlarına uyğun uğurla inkişaf edir.
Məlumata görə, həmsöhbətlər müdafiə və hərbi təhsil sahəsində birgə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı bir sıra digər məsələləri müzakirə ediblər. **
X.Nəsirzadə