RF prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Bu barədə çərşənbə günü Kremlin mətbuat xidməti məlumat verib.
“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr tarixli Dağlıq Qarabağ üzrə bəyanatının, o cümlədən 2021-ci il yanvarın 11-də Moskvada üçtərəfli sammit zamanı əldə olunan razılıqların icrasının praktiki aspektləri müzakirə olunub”, - məlumatda qeyd olunur.
Mətbuat xidmətindən əlavə edilib ki, “Rusiya-Ermənistan əməkdaşlığının bəzi aktual məsələlərinə toxunulub”.
Kremldən bildirilir ki, müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi şərtləşdirilib. **