2021-ci ilin yanvar ayında Azərbaycanda 3 milyon 80,6 min ton neft hasil edilib ki, bu da 2020-ci ilin yanvar ayının göstəricisindən 3,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvar ayında Azərbaycanda 3 milyon 80,6 min ton neft hasil edilib ki, bunun da 3 milyon 75 min tonu əmtəəlik neftin payına düşüb. 2020-ci ilin yanvar ayı ilə müqayisədə neft hasilatı (qaz-kondensatla birlikdə) 3,9%, əmtəəlik neft hasilatı 4% azalıb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar ayında Azərbaycanda 3 milyard 518,4 milyon kubmetr qaz (artım 0,6%) hasil edilib. Əmtəəlik qaz hasilatı 2 milyard 604,4 milyon kubmetr (artım 7,9%) həcmində olub.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft (qaz-kondensatla birlikdə), 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova