2020-ci ildə Azərbaycana 1 milyon 365,1 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 13,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $296 milyon 905,2 min (azalma 12,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $103 milyon 102,4 min dəyərində (azalma 18,6%) 296,2 min ton şəkər xammalı və şəkər (azalma 14,5%), $129 milyon 469 min dəyərində (artım 18,4%) 139,6 min ton bitki yağı (azalma 1,3%), $56 milyon 187,2 min dəyərində (artım 2,1%) 13,984 min ton çay (azalma 0,8%), $82 milyon 608,3 min dəyərində (artım 15,4%) 16,806 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 19,8%) idxal edilib.
2020-ci ildə respublikaya $36 milyon 718,8 min dəyərində (artım 30,7%) 9,769 min ton iribuynuzlu heyvan əti (artım 10,9%), $34 milyon 419,4 min dəyərində (azalma 21,4%) 29,809 min ton quş əti və quş əti məhsulları (azalma 21%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $112 milyon 444,6 min dəyərində (azalma 0,5%) 123 min ton meyvə (artım 11,5%), $18 milyon 906,3 min dəyərində (artım 1,8 dəfə) 35,29 min ton tərəvəz (artım 1,8 dəfə), $49 milyon 517,4 min dəyərində (azalma 4,4%) 182,7 min ton kartof (azalma 5,4%) idxal edilib.
Ötən il ölkədən $219 milyon 968,5 min dəyərində (artım 2,7%) 218,5 min ton tərəvəz (azalma 1,2%), $349 milyon 886,2 min dəyərində (azalma 3,2%) 301,1 min ton meyvə (azalma 10,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $26 milyon 904,3 min dəyərində (artım 0,1%) 60,643 min ton şəkər (azalma 2,3%), $12 milyon 238,3 min dəyərində (artım 1,7 dəfə) 14,043 min ton bitki yağı (artım 1,7 dəfə) ixrac edilib.
2020-ci ildə Azərbaycan $15 milyon 779,5 min dəyərində (аrtım 41,1%) 11,856 min ton meyvə və tərəvəz şirələri (artım 20,1%), $4 milyon 38 min dəyərində (azalma 45%) 227,3 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 57,3%), $8 milyon 727,8 min dəyərində (azalma 5%) 7,191 min ton meyvə və tərəvəz konservləri (artım 3,8%), $12 milyon 81,3 min dəyərində (azalma 11,2%) 4,794 min ton tütün (azalma 26,1%) ixrac edib.*
B.Rüstəmbəyov