“MİDA” MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində inşa olunan yaşayış kompleksində mənzillər üçün kombilərin (24 kW) alınıb quraşdırılması məqsədilə şirkət seçir.
Seçim açıq tender metodu ilə keçirilir. Tenderdə iştirak haqqı 700 manatdır.
Tender təklifləri 29 mart saat 12:00-dək qəbul olunur. Təklif zərfləri 30 mart saat 12:00-da açılacaq.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa olunur.
Hazırda MİDA Yasamal rayonu və Hövsan qəsəbəsinin hər birində 2 yaşayış kompleksinin tikintisini və idarə edilməsini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılması istiqamətində iş aparır.*
Ə.Məmmədov