Qarabağda hərbi əməliyyatlar zamanı ölən 3 min 577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. Bu barədə “İnterfaks”a Ermənistan Səhiyyə Nazirliyindən məlumat verilib.
“2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3 min 577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. Fevralın 13-nə olan vəziyyətə görə, 428 nümunə DNT analizindən keçmə mərhələsindədir”, - deyə məlumatda bildirilir.*