2021-ci ilin yanvar ayında Azərbaycanda 341,9 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 325,5 milyon manat məbləğində heyvandarlıq, 16,4 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,1%, bitkiçilik məhsullarının istehsal həcmi 6,8% artıb.
Yanvar ayında respublikada 43,1 min ton ət (artım 2,9%), 157 min ton süd (artım 1,4%), 152,9 milyon ədəd yumurta (azalma 4,6%) istehsal edilib.
2021-ci il yanvarın 1-nə damazlıq təsərrüfatlarında 13,7 min baş iribuynuzlu mal-qara, 22,1 min baş qoyun və keçi mövcud olub.
Yanvar ayında sahələrdən 19,3 min ton tərəvəz yığılıb.
2020-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2% artıb.*
X.Nəsirzadə